İngilis gəmisi Qara dənizdən belə uzaqlaşdırıldı- VİDEO

  24 İyun 2021    Oxunub :486
 İngilis gəmisi Qara dənizdən belə uzaqlaşdırıldı- VİDEO
Dünən Rusiya ilə İngiltərə arasında gərginliyə səbəb olan sərhəd qalmaqalı ilə bağlı videogörüntülər yayılıb.
Azvision.az xəbər verir ki, BBC-yə aid olan videoda Rusiya qırıcı və gəmilərinin ingilis gəmisini Qara dəniz sularındakı sərhəddən uzaqlaşdırılması əks olunub. Bununla bağlı Rusiya KİV-ləri yazıb:
Sensasiya: “Defender”lə bağlı gizli sənədlər dayanacaqda tapıldı

"İnternetdə bir gün əvvəl Krım sahillərində Rusiyanın su sərhədlərini pozan "Defender" gəmisinə aid video yayılıb. Videoya baxdıqda hadisə zamanı gəmidə müxbir olduğu görünür. Görüntülər Britaniyanın BBC kanalı tərəfindən yayımlanıb. Kadrlarda Rusiya bombardmançı təyyarələrinin uçuşları göstərilir və xəbərdarlıq atəşləri də eşidilir".

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Qara dənizdə sərhəd pozuntusu ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, ingilis gəmisi Rusiya sərhədini keçərək 3 kilometr irəliləyib. Sərhəd pozulması halı aşkarlandığı üçün gəmiyə silahdan istifadə ediləcəyi barədə xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoyulmadığı üçün atəş açılıb. Bundan sonra ingilis gəmisi geri qayıdıb.



Tural Tağıyev

Azvision.az

Teqlər: Defender  






Xəbər lenti