"Azərbaycan vacib tərəfdaşdır" - Latviyanın NATO PA-dakı üzvü

  17 İyun 2021    Oxunub :606
   "Azərbaycan vacib tərəfdaşdır" -    Latviyanın NATO PA-dakı üzvü
İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Azvision.az

Teqlər: NATO   Latviya  






Xəbər lenti