Paşinyan yenə biabır oldu: Lavrovu prezidentlə səhv saldı

      Paşinyan yenə biabır oldu:    Lavrovu prezidentlə səhv saldı
  13 İyun 2021    Oxunub:1072
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yenə özünü biabır edib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qeqarkunik əyalətində seçicilər qarşısında çıxış edən Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, daha sonra baş nazir adlandırıb.
"Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov İrəvana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi...", - Paşinyan deyib.

Onun kobud səhvə yol verdiyini görən həyat yoldaşı Anna Akobyan özünü saxlaya bilməyərək gülüb.

Qeyd edək ki, bu, Nikol Paşinyanın yol verdiyi ilk səhv deyil. O bir müddət əvvəl parlamentdə çıxışı zamanı Rusiya lideri Vladimir Putini Fransa Prezidenti kimi təqdim etməklə gülüş obyektinə çevrilmişdi.

Azvision.az


Teqlər: Paşinyan   Lavrov  





Xəbər lenti