İraqda terror- 32 ölü, 150 yaralı

İraqda terror- 32 ölü, 150 yaralı
  09 Mart 2014    Oxunub:948
İraqda terror aktı nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 150-yə yaxın yaralı var.
İraqın əl-Hilla şəhərində törədilmiş terror aktı nəticəsində 32 nəfər ölüb, 147 nəfər xəsarət alıb. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli polisə istinadən xəbər yayıb.

Bundan əvvəl 12 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilirdi.

Hadisə bu gün səhər saatlarında əl-Hilla şəhərindəki (Bağdaddan 95 km cənubda) nəzarət-buraxılış məntəqəsində baş verib. Terrorçu-intiharçı mikroavtobusa bərkidilmiş partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində sərnişinlərin olduğu 50 avtomobildə yanğın baş verib.

Polisin məlumatına görə, NBM-in bir hissəsi dağılıb.


Teqlər:





Xəbər lenti