Dünyada yoluxma sayı 717 mindən çox artdı

  15 May 2021    Oxunub :1687
   Dünyada yoluxma sayı 717 mindən çox artdı
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 717 mindən çox artıb.
Azvision.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, ötən sutka ərzində 717 min 513 nəfər koronavirusa yoluxub, 13 min 43 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 160 milyon 813 min 869, ölənlər isə 3 milyon 339 min nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (33,6 milyon), Hindistan (24,3 milyon), Braziliya (15,4 milyon), Fransa (5,8 milyon), Türkiyə (5 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   ÜST