Rusiyada virusdan ölənlərin sayı 106 mini ötüb

 Rusiyada virusdan ölənlərin sayı 106 mini ötüb
  20 Aprel 2021    Oxunub:1581
Rusiyada son sutka ərzində koronavirusa 8 164 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 718 854 nəfərə çatıb. Rusiyada son bir gündə 379 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 106 307 nəfərdir.

İndiyədək 4 343 229 xəstə sağalıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti