Bakının üç rayonunda su olmayacaq

Bakının üç rayonunda su olmayacaq
  28 Fevral 2014    Oxunub:901
Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsini içməli su ilə təmin edən, Maştağa nasos stansiyasından Ramana istiqamətində çəkilmiş 800 mm diametrli magistral su xəttində qəza baş verib.

`Azərsu`nun ictimaiyyətlə əlaqələr söbəsindən AzVision.az-a verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar bu gündən etibarən martın 1-ə qədər Xəzər, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.





Teqlər:





Xəbər lenti