Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri və Xocalı barədə serial çəkiləcək

  02 Mart 2021    Oxunub : 2337
Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri və Xocalı barədə serial çəkiləcək
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

O bildirib ki, Prezidentin tapşırığı əsasında Türkiyə və Azərbaycan birgə layihələr həyata keçirəcək.

"Bu cür layihələrin həm milli, həm də dünya səviyyəsində rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”, - deyə Fahrettin Altun qeyd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Qarabağ   Zəfər   Xocalı   Serial   Film