ASAN və Dillər Universiteti protokol imzaladı - FOTO, VİDEO

ASAN və  Dillər Universiteti protokol imzaladı - FOTO, VİDEO
  21 Fevral 2014    Oxunub:2026
21 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında Niyyət Protokolu imzalanıb.
AzVision.az-ın məlumatına görə, Protokolu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov imzalayıblar.

Dövlət Agentliyinin sədri İnam Kərimov diqqətə çatdırıb ki, niyyət protokolunun məqsədi dövlət orqanlarının fəaliyyətində, xidmətlərin vətəndaşlara göstərilməsinin təkmilləşdirməsində tələbələrin də iştirakıdır.

Bu protokol sənədi Azərbaycan Dillər Universitetində yeni informasiya texnologiyalarının, proqram təminatının və innovativ həllərin tətbiqinin həyata keçirilməsi, universitet tələbələrinin Dövlət Agentliyində təcrübə keçməsi, Agentlik əməkdaşlarının əlavə təhsilini təmin etməkdir.



Dövlət Agentliyi ilə təhsil müəssisələri arasında əməkdaşlığın qurulduğunu bildirən İnam Kərimov daha öncə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb.



Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov isə bildirmib ki, sənədin imzalanması tələbələrin iştirakı ilə müasir cəmiyyətin formalaşması, informasiya kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə imkanlarının əldə edilməsi və bu xidmətlərdən vətəndaşların istifadəsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.




Teqlər:  





Xəbər lenti