Rusiyada 5,7 bal gücündə zəlzələ olub - YENİLƏNİB
Hadisə zonasında tələfat və dağıntı qeydə alınmayıb.
***
(09:40)
Rusiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, ocağı 60 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Azvision.az