Ermənistanda fasiləsiz etiraz aksiyaları elan olundu

 Ermənistanda fasiləsiz etiraz aksiyaları elan olundu
  20 Fevral 2021    Oxunub:2578
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökuməti devirmək üçün fasiləsiz rejimdə kütləvi itaətsizlik aksiyası elan edib.

Azvision.az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bu gün İrəvanda keçirilən mitinqdə deyib.
“Bu gün hərəkatımızda yeni bir səhifə elan edirik. Biz mövcud hakimiyyəti devirmək üçün ümummilli tələbi ümummilli bir mübarizəyə çevrimək barədə razılığa gəldik”, - Saqatelyan əlavə edib.

Onun sözlərinə görə, etirazlar fonunda şəhər iflic olmalıdır: "Ölkəmizdə Nikol Paşinyan olduğu müddətdə sabitlik və əmin-amanlıq olmayacaq".

Daha sonra müxalifət və tərəfdarları dörd qrupa bölünüb. Bir hissə "Maştots” prospekti və Amiryan küçəsi, ikincisi Sayat-Nova-Abovyan küçələri istiqamətində, üçüncü qrup Baqramyan prospekti, dördüncü isə “Nairi” kinoteatrına doğru hərəkət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti