100 yaşlı qadın 4 ay sonra koronavirusdan sağaldı

100 yaşlı qadın 4 ay sonra koronavirusdan sağaldı
  20 Fevral 2021    Oxunub:2295
Rusiyada həkimlər 100 yaşlı koronavirus xəstəsini sağaldıblar.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, bir neçə ay əvvəl Samara 8 saylı şəhər xəstəxanasına yerləşdirilən ahıl qadın virusdan sağalaraq evə buraxılıb.

"100 yaşlı xəstə 8 nömrəli Samara Şəhər Xəstəxanasının yoluxucu xəstəliklər bölümündən çıxarılıb. Qadın bir neçə həftə xəstəxanada müalicə edilərək lazımi tibbi yardım alıb. Artıq o sağalaraq evə buraxılıb və poliklinika həkimlərinin nəzarəti altındadıt", - deyə Samara vilayətinin Səhiyyə xidmətindən bildirilib.

Qeyd olunub ki, 100 yaşlı rusiyalı qadın xəstəxanaya keçən ilin oktyabr ayında yerləşdirilmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koronavirus   Qadın  





Xəbər lenti