Sahibkarlar üçün onlayn seminar keçirilib
DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. O, islahatların uğurla reallaşdırılması məqsədilə Komitənin ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atdığını qeyd edib, baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.
Daha sonra DGK-nın əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış edib.
Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.
Azvision.az