Azərbaycan neftinin qiyməti 63 dollara çatır

 Azərbaycan neftinin qiyməti 63 dollara çatır
  13 Fevral 2021    Oxunub:2589
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar bahalaşaraq 62,77 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti