Nazir Qarabağla bağlı iqtisadi hədəfləri açıqladı

  Nazir Qarabağla bağlı iqtisadi hədəfləri açıqladı
  12 Fevral 2021    Oxunub:2209
Dövlət işğaldan azad edilən ərazilərdə infrastrukturu və yaşayış məntəqələrini bərpa etmək, əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək niyyətindədir. Bu, regionun iqtisadi potensialını işə salmaq, bölgədə istehsal və xidmətlərin təşkili, sahibkarlıq, investiyaların və ixracın təşkili ilə müşayiət olunacaq.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

O bildirib ki, azad olunan torpaqlarda kənd təsərrüfatı məhsullarının emalı və ixrac potensialının artırılması, turizmin inkişafı əsas hədəflərdəndir:

“Eyni zamanda region yaşıl artım bölgəsinə çevrilməlidir, Qarabağın illər boyu dağıdılan ekologiyası bərpa edilməlidir. Dağ-mədən sənayesi də bu ərazilərdə böyük perspektivə malik sahələrdəndir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti