Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib
Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı məsələlərin müzakirə edildiyi iclasda Prezident İlham Əliyevin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və Vətən müharibəsində iştirak etmiş 9 vəkilin tibbi-sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi məsələlərinə baxılıb və müsbət qərar qəbul olunub.
İclasda, həmçinin Vəkillər Kollegiyası və “ELSA Azerbaijan”ın birgə layihəsi olan “Prodemos – xalq üçün” layihəsinə hər ay maddi yardımın göstərilməsi qərara alınıb. Həmçinin COVID-19 virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda, iclasda yeni Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və fəaliyyətlərində fərqlənmiş vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bir sıra intizam işlərinə, Kollegiyanın fəaliyyəti ilə bağlı məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Azvision.az
Teqlər: VəkillərKollegiyası