“Azərbaycanın həyata keçirdiyi işlər böyük ümidlər verir” - Natia Turnava

“Azərbaycanın həyata keçirdiyi işlər böyük ümidlər verir” -    Natia Turnava
  12 Fevral 2021    Oxunub:2241
Xəzər dənizindən qazın Gürcüstan vasitəsilə Avropaya tədarükü reallığa çevrilib. Biz hamımız bölgə ölkələrinin çoxəsrlik arzusunun həyata keçdiyi tarixi prosesin iştirakçılarıyıq.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında deyib.

Nazir çıxışında bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib.

"Bu gün artıq gələcək planlar, hətta Türkmənistanın da bu təşəbbüsdə iştirakı müzakirə olunur. Həmçinin strateji tərəfdaşımız və dost ölkə olan Azərbaycanın həyata keçirdiyi yeni geoloji-kəşfiyyat işləri və yeni həcmlər barədə də danışılır. Bu, bizə böyük ümidlər verir. Biz bu dəhlizin və boru kəmərləri şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsi, Avropanın digər, məsələn, Balkan ölkələrinin cəlb olunması məsələsini də nəzərdən keçiririk”.

N.Turnava, həmçinin qeyd edib ki, Gürcüstanın “Şahdəniz” yatağından əldə etdiyi qazın həcmi ildən-ilə artır və bu da ölkənin enerji müstəqilliyini möhkəmləndirir.

Azvision.az


Teqlər: NatiaTurnava  





Xəbər lenti