Ölkə iqtisadiyyatı 2,5% kiçilib

Ölkə iqtisadiyyatı 2,5% kiçilib
  11 Fevral 2021    Oxunub:1727
Bu ilin yanvar ayında Azərbaycanda 6 256,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % az ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 % artıb.

ÜDM istehsalının 40,6 %-i sənaye, 10,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,9 %-i tikinti, 3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i informasiya və rabitə, 0,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 %-ni təşkil edib.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 4,25% azalaraq 626 manata düşüb.

Azvision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti