Öz “BirKart”ını yarat

 Öz “BirKart”ını yarat
  11 Fevral 2021    Oxunub:1745
Ölkənin ən məşhur taksit kartlarından olan “BirKart” əhali üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə, “BirKart” almaq istəyənlər artıq öz “BirKart”larını yarada biləcəklər. Belə ki, 2021-ci il martın 31-dək “BirKart” almaq istəyənlər “www.birkart.az” və ya “www.kapitalbank.az” saytlarından onlayn sifariş zamanı seçdikləri sahə üzrə əlavə keşbek qazana biləcəklər.
Bunun üçün onlayn sifariş zamanı əlavə keşbek qazanmaq istədikləri sahəni seçib və “BirKart” əldə etdikdən sonra növbəti 30 gün ərzində həmin sahə üzrə ödənişlər edərkən əlavə keşbek qazanacaqlar. Əlavə keşbek verən sahələrdən olan marketlərdə ödəniş zamanı məbləğin 5 faizini, yanacaq doldurma məntəqələrində 10 faizini, yemək çatdırılma xidmətləri üzrə 10 faizini, onlayn sinemalarda isə ödənişin 20 manatını keşbek olaraq hesaba geri alacaqlar. Kart sifarişi üçün – https://kbl.az/bobykpr.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən çox tərəfdaş şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.

Azvision.az



Teqlər: Birkart  





Xəbər lenti