DGK-nın büdcə daxilolmaları azalıb

DGK-nın büdcə daxilolmaları azalıb
  10 Fevral 2021    Oxunub:1889
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 282 mln 736,5 min manat təşkil edib.
Azvision.az quruma istinadən xəbər verir ki, bu ilin ilk ayında gömrük rüsumları üzrə daxilolmalar 8,6 % azalaraq 77 mln 124,7 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 17,9 % azalaraq 193 mln 741,1 min manat, aksizlər üzrə daxilolmalar 5,9 % azalaraq 9 mln 107,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,3 % azalaraq 2 mln 763,6 min manat olub.

Azvision.az


Teqlər: DGK   Büdcə  





Xəbər lenti