Kürün suyunun bölüşdürülməsinə dair saziş layihəsi hazırlanır

Kürün suyunun bölüşdürülməsinə dair saziş layihəsi hazırlanır
  09 Fevral 2021    Oxunub:3206
“Ötən il Kür çayının sululuğu ilə bağlı çətin dövr yaşanıb”.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, Kür çayında suyun azalması müəyyən fəsadlara səbəb olub: “Tədbirlər nəticəsində əhali çox çətinlik yaşamayıb. Yaz aylarına doğru çayda sululuğun artması gözlənilir”.

Nazirlik rəsmisi qeyd edib ki, Mingəçevirdə Kür çayının səviyyəsi əvvəlki illə müqayisədə 1 metr 16 sm yüksək olub: “Bu da təxminən 5 milyon kubmetrə yaxın su deməkdir”.

M.Əbdülhəsənovun sözlərinə görə, hazırda Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə bağlı Gürcüstan tərəfi ilə əməkdaşlıq davam etdirilir:

“Məsələlərin həlli üçün danışıqlar aparılır. Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə bağlı Gürcüstanla saziş layihəsinin hazırlanması üzərində iş aparılır. Hazırda danışıqlar gedir. Biz çalışırıq ki, saziş layihəsinin hazırlanması ilə bağlı Gürcüstanla apardığımız işləri yekunlaşdıraq, eyni zamanda Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.

Azvision.az


Teqlər: Kür   ETSN  





Xəbər lenti