Yeni artım pensiyaçıların 93%-ni əhatə edir

 Yeni artım pensiyaçıların 93%-ni əhatə edir
  05 Fevral 2021    Oxunub:3899
Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov deyib.

Onun sözlərinə görə, artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək.

Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti