Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası- FOTOLAR |
Müşavirədə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə danışılıb. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.
Bu il çəltik istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlərin müzakirə edildiyi müşavirədə keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin, mineral gübrələrdən səmərəli istifadə olunmasının, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsinin, texnika ilə təminatın yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, informasiya məsləhət xidmətinin aparılması, təlimlərin keçirilməsi, istehlakçılar arasında yerli çəltik sortlarının üstünlüklərinin təbliğ olunması, o cümlədən çəltiyin tədarükü və satışı ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Azvision.az