Qızıl və gümüş satışından 186,5 milyon gəlir əldə edilib

   Qızıl və gümüş satışından 186,5 milyon gəlir əldə edilib
  02 Fevral 2021    Oxunub:2503
Ötən il ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl birinci olub. Sevindirici haldır ki, bu uğurda “AzerGold”un böyük rolu var.
Azvision.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, ötən il QSC-nin dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artıb.

Z.İbrahimov qeyd edib ki, ötən il 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib: "Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, 41,5 milyon manat və ya 29 faiz artım qeydə alınıb".

Azvision.az


Teqlər: Qızıl   Gümüş   AzərGold  





Xəbər lenti