Tarif Şurasının katibi yeni qərara aydınlıq gətirdi - VİDEO

Tarif Şurasının katibi yeni qərara aydınlıq gətirdi -  VİDEO
  31 Yanvar 2021    Oxunub:9529
Tarif Şurasının katibi Ceyhun Nəcəfov suyun qiyməti ilə bağlı qərarı şərh edib.
Azvision.az -ın məlumatına görə, C.Nəcəfov bildirib ki, son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində elektrik enerjisi və digər xərclər artıb.

C.Nəcəfov vurğulayıb ki, buna görə də mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır.

Tarif Şurasına yeni səlahiyyət verilib
“Azərsu” ASC Tarif Şurasına müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir.

Məsələ Tarif Şurasının bu gün keçirilən iclasında müzakirə olunub. İclasda bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.



Azvision.az


Teqlər: Tarif-Şurası   Su   Qiymət  





Xəbər lenti