Bizdə və bəzi ölkələrdə suyun qiyməti

 Bizdə və bəzi ölkələrdə suyun qiyməti
  31 Yanvar 2021    Oxunub:10175
Xəbər verdiyimiz kimi, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Belə ki, “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.

Azərbaycanda tənzimləmədən sonra da tariflər bir sıra MDB ölkələrində olduğundan aşağıdır.

Məlumata görə, əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir.

Qeyd edək ki, ölkəmizdə suyun qiyməti ilə bağlı sonuncu dəfə tarif tənzimlənməsi 2016-cı ildə aparılmışdı.

Azvision.az


Teqlər: Su   Tarif   Qiymət  





Xəbər lenti