Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsindən bildirilib ki, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.
Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.
Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə, ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub.
Üç qurumun rəhbərilə görüş keçirildi |
Qeyd edək ki, gələn həftə regionlarda da sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq.
Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.
Azvision.az