"Azəriqaz"ın baş direktoru Şəmkirdə vətəndaşları qəbul edib |
Qeyd edək ki, canlı yayımı birliyin bütün əlaqədar struktur bölmələri və rəhbər şəxslər paralel olaraq izləyiblər. Bəzi səsləndirilən müraciət sahibləri ilə dərhal əlaqə saxlanılıb, problemlərinin həllinə dair qeydiyyat götürülüb. Ümumilikdə, budəfəki sosial şəbəkə üzərindən baş tutan görüş zamanı 400-dən çox ismarıc qəbul olunub. Onların əksəriyyəti qazlaşdırılmasına ehtiyac duyulan yaşayış məntəqələri və massivləri ilə bağlıdır. Diqqətçəkən məqamlardan biri də odur ki, bir həftə öncə keçirilən analoji görüşdən fərqli olaraq bu dəfə təbii qazın verilişində təzyiqin az olmasına dair şikayətlərin sayında hiss ediləcək qədər azalma müşahidə olunub. Bu da “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin sosial şəbəkə müzakirələrində qaldırılan məsələlərə həssaslıqla yanaşmasından xəbər verir.
Azvision.az