Qazaxıstandan alınan 650 ton soğan yararsız çıxdı
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.
Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Azvision.az
Teqlər: AQTA Qazaxıstan Soğan