Ötən il sərgilərdə 15 milyonluq müqavilələr imzalanıb

  28 Yanvar 2021    Oxunub : 1469
Ötən il sərgilərdə 15 milyonluq müqavilələr imzalanıb
2020-ci ildə 33 beynəlxalq sərgidə 33 ixrac missiyamız olub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan sahibkarlarının iştirak etdiyi sərgilərdə 15 milyon manat dəyərində müqavilələr imzalanıb: “Həmin müqavilələrin hesabına həyata keçirilmiş ixracın dəyəri 10 milyon manatdan çox olub”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İxrac