Son sutkada 14 mindən çox insan koronavirusdan ölüb

  17 Yanvar 2021    Oxunub : 1561
 Son sutkada 14 mindən çox insan koronavirusdan ölüb
Dünyada koronavirus qurbanlarının sayı 2 milyon nəfəri ötüb.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusdan 2 001 773 ölüm halı qeydə alınıb.

Son sutkada infeksiyaya yoluxanların sayı 688 mindən çox artıb. 14 mindən çox xəstə bir gün ərzində koronavirusdan həyatını itirib.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya