İsraildə üçüncü total karantin rejimi başladı

İsraildə üçüncü total karantin rejimi başladı
  28 Dekabr 2020    Oxunub:1591
Bu gündən İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.
Azvision.az xəbər verir ki, yanvarın 9-dək sakinlərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub.

Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.

Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Azvision.az


Teqlər: İsrail   Karantin  





Xəbər lenti