“İldırım” əməliyyatı: 148 PKK-çı zərərsizləşdirilib

  “İldırım” əməliyyatı:  148 PKK-çı zərərsizləşdirilib
  27 Dekabr 2020    Oxunub:2290
13 iyuldan bəri davam edən "İldırım" əməliyyatının müxtəlif mərhələləri çərçivəsində Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən 148 PKK terrorçusu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şirnak və Siirt bölgələrində başlayan əməliyyat Jandarma komandanlığının rəhbərliyi altında davam edir.

Əməliyyatda jandarma və xüsusi təyinatlı polislər də daxil olmaqla Türkiyə təhlükəsizlik qüvvələrinin 3251 üzvü iştirak edib.

Əməliyyat çərçivəsində 571 sursat anbarı və terrorçuların gizləndikləri mağaralar darmadağın edilib, çox sayda silah-sursat ələ keçirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   PKK  





Xəbər lenti