KİV: İran İraqa raketlər və pilotsuz təyyarələr göndərib

  KİV:  İran İraqa raketlər və pilotsuz təyyarələr göndərib
  27 Dekabr 2020    Oxunub:1851
İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq ərazisində qısa mənzilli raketlər və pilotsuz təyyarələr yerləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, İraqa ötürülən Araş raketləri ordunun quru qoşunlarına məxsusdur və yüksək dəqiqlikli qısa mənzilli idarəolunan raketlərdir. Pilotsuz təyyarələrə gəldikdə isə mənbələr bunların İranda istehsal edildiyini, İraqın cənub əyalətlərində xüsusi qorunan obyektlərə yerləşdirildiyini qeyd ediblər.

Qəzet, həmçinin iddia edir ki, raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına məxsus yerlərdə və düşərgələrdə yerləşdirilib.

Mənbələr İslam İnqilabı Keşikçiləri Korpusunun önümüzdəki bir neçə həftə ərzində yalnız İraqda deyil, bölgədəki bəzi hədəflərə raket və pilotsuz təyyarələrlə zərbələr endirə biləcəyini ehtimal edir. Bunun ABŞ Prezidenti Donald Trampın vəzifədən getməsi, eləcə də Cozef Baydenin hakimiyyətə gəlişindən sonra baş verə biləcəyi deyilir.

Yayılan məlumatla bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   İraq  





Xəbər lenti