Yaponiya sərhədlərini bağlayır: Əcnəbilərə bir aylıq qadağa

Yaponiya sərhədlərini bağlayır:  Əcnəbilərə bir aylıq qadağa
  27 Dekabr 2020    Oxunub:1364
Yaponiya əcnəbilər üçün sərhədlərini bir ay müddətinə bağlayır.
Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətin qərarına istinadən məlumat yayıb.

"Məhdudiyyətlər bir sıra ölkələrdə koronavirusun yeni ştammının aşkarlanması ilə əlaqədar profilaktik tədbir olaraq tətbiq edilir", - deyə agentlik bildirib.

Qadağalar dekabrın 28-dən yanvarın 31-dək qüvvədə olacaq. Ölkə xaricində qısamüddətli işgüzar səfərdə olan yaponiyalılar və yaşayış icazəsi olan əcnəbilər yenidən iki həftəlik karantinə riayət etmək məcburiyyətində qalacaqlar.

Bundan əlavə, onların ölkəyə buraxılması üçün test nəticələri mənfi olmalıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   virus  





Xəbər lenti