Qarabağ ərazisində 29 erməni cəsədi aşkarlanıb

Qarabağ ərazisində 29 erməni cəsədi aşkarlanıb
  19 Dekabr 2020    Oxunub:1415
Füzuli, Hadrut və Cəbrayıl ərazilərində aparılan növbəti axtarış tədbirləri zamanı 27 erməni hərbçisinin cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar. Qeyd edilir ki, axtarışlar zamanı döyüş bölgəsindən 2 mülki şəxsin cəsədinin qalıqları tapılıb ki, onların da könüllü döyüşçü olduğu ehtimal edilir.

“News.am” saytının aidiyyəti qurumlara istinadən yaydığı məlumata görə, cəsədlərin qalıqları dünən axşam aparılan axtarışlardan sonra tapılıb. Bu gün Hadrut və Cəbrayılla yanaşı daha iki ərazidə axtarış tədbirləri davam etdiriləcək.

Qeyd edək ki, artıq Ermənistanda cəsədləri ailələrinə təhvil verilən itkin düşmüş hərbçilərin sayı 998-ə çatıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Cəsəd   Erməni-hərbçi   Hadrut   Axtarış  





Xəbər lenti