Rusiyada daha 587 nəfər koronavirusdan öldü

Rusiyada daha 587 nəfər koronavirusdan öldü
  17 Dekabr 2020    Oxunub:709
Rusiyada son sutka ərzində koronavirusa 28 214 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 762 668 nəfərə çatıb.

Rusiyada son sutkada 587 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 49 151 nəfərdir. İndiyədək 2 202 540 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti