Bu ölkələr peyvəndi gələn ilin sonunda əldə edəcək

Bu ölkələr peyvəndi gələn ilin sonunda əldə edəcək
  17 Dekabr 2020    Oxunub:1167
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, Asiya-Sakit okean bölgəsi ölkələri COVID-19 peyvəndini erkən əldə edə bilməyəcəklər. Bu ölkələr 2021-ci ilin ortası və ya sonlarında peyvəndi ala biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təşkilata istinadən məlumat yayıb.

ÜST nümayəndəsi Sokorro Eskalantenin sözlərinə görə, vaksini özləri alan ölkələr yaxın aylarda vaksinasiyaya başlaya biləcəklər.

“Qərbi Sakit Okean ölkələrinin hamısı olmasa da əksəriyyətinin COVAX mexanizminin bir hissəsi olduğunu vurğulamaq vacibdir. COVAX çərçivəsində peyvəndlərin 2021-ci ilin ikinci rübündə göndərilməyə başlayacağını gözləyirik”, - deyə ÜST nümayəndəsi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd   ÜST  





Xəbər lenti