COVID-19-a yoluxanların sayı 74 milyonu ötdü

COVID-19-a yoluxanların sayı 74 milyonu ötdü
  17 Dekabr 2020    Oxunub:1119
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 74 milyon 534 min 175 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 655 min 226 nəfərdir. İndiyədək 52 milyon 372 min 546 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti