Bayden nə vaxt peyvənd olunacağını dedi

Bayden nə vaxt peyvənd olunacağını dedi
  17 Dekabr 2020    Oxunub:1554
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden risk qrupuna daxil olan insanlardan əvvəl koronavirus əleyhinə peyvənd olunmayacağını deyib.
Azvision.az xəbər verir ki, ABŞ-da Pfizer və BioNTech şirkətlərinin birgə hazırladığı koronavirus əleyhinə vaksindən istifadə edilməyə başlanılıb. İlk olaraq tibb işçiləri və qocalar evinin sakinləri peyvənd olunacaqlar.

"Biz indi bunun üzərində işləyirik. Mən risk qrupuna daxil olan insanları keçmək istəmirəm, amma Amerika xalqına peyvəndin təhlükəsiz olduğunu nümayiş etdirmək istərdim",-deyə Bayden bildirib.

Azvision.az



Teqlər: CoBayden  





Xəbər lenti