Britaniyada bir gündə 25 mindən çox insan virusa yoluxdu

Britaniyada bir gündə 25 mindən çox insan virusa yoluxdu
  17 Dekabr 2020    Oxunub:1485
Böyük Britaniyada son sutka ərzində 25 261 nəfər koronavirusa yoluxub, 506 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 913 277 nəfərə çatıb. İndiyə qədər 65 520 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, son bir neçə gündə London bir daha Böyük Britaniyada xəstəliklərin yayılması baxımından birinci yerə çıxıb. Buna görə də gecə yarısından etibarən sərtləşdirilmiş üç səviyyəli məhdudiyyətlər sisteminin tətbiqinə keçiləcək.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti