Qarabağda erməni hərbçi intihar edib

Qarabağda erməni hərbçi intihar edib
  17 Dekabr 2020    Oxunub:2217
Dağlıq Qarabağda erməni hərbçi intihar edib.
Azvision.az Sputnik Ermənistana istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 15 dekabr saat 14:00-da Qarabağda döyüş mövqelərinin birində erməni hərbi hissələrindən birinin hərbi qulluqçusu əsgər Vahe Ovannesoviç Babayanın cəsədi aşkar olunub. Onun çənəsindən güllə yarası aldığı təsdiqlənib. Əsgərin ölümü faktı ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci (ehtiyatsızlıqdan hərbi qulluqçunun intihara məcbur edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Qarabağ   erməni   intihar  





Xəbər lenti