"Müdafiə sənayemizi müstəqil etmək üçün çox çalışacağıq" - Ərdoğan

 "Müdafiə sənayemizi müstəqil etmək üçün çox çalışacağıq" -  Ərdoğan
  16 Dekabr 2020    Oxunub:1509
Müdafiə sənayemizi hər baxımdan müstəqil etmək üçün dünənkindən iki dəfə çox çalışacağıq.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya qərarı ilə hər sahədə qlobal liderlik səviyyəsinə çatacaq bir müdafiə sənayesi qurma yolundakı addımlarını sürətləndirəcəklər.

"Müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox çox dəstək verəcəyik".

ABŞ-ın sanksiya qərarları ilə əlaqədar danışan Türkiyə Prezidenti qeyd edib ki, əsas məqsəd ölkənin müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək asılı vəziyyətə gətirməkdir.

Aytən Zəhra
Azvision.az




Teqlər: Türkiyə   Prezident  





Xəbər lenti