Ermənistanda itkin əsgərlərin yaxınları nazirliyin qapısını sındırdı - VİDEO

Ermənistanda itkin əsgərlərin yaxınları nazirliyin qapısını sındırdı - VİDEO
  16 Dekabr 2020    Oxunub:2780
İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Azvision.az xəbər verir ki, onlar müdafiə naziri Vaqarşak Arutyunyan və ordunun baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər. İtkin düşən hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin giriş qapısına qədər irəliləyərək burada onları qarşılayan polislərə də məhəl qoymayıblar.

Binaya daxil olmağa cəhd edən etirazçılarla polislər arasında nəzarət-buraxılış məntəqəsinin qarşısında kiçik insident yaşanıb. 2 aydır ki, yaxınlarından xəbər ala bilmədiklərini deyən ermənilər buraxılış məntəqəsinin qapısını da sındırıblar. Hüquq-mühafizə xidmətinin əməkdaşları onlara müqavimət göstərməyiblər və etirazçılar binaya daxil ola biliblər.

Qeyd edək bir saatdan çoxdur başlayan etiraz aksiyası hazırda davam edir.



Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   İtkin   Etiraz  





Xəbər lenti