"Əlil əsgərlərimizin sayı həddindən artıq çoxdur" - Hovakimyan

 "Əlil əsgərlərimizin sayı həddindən artıq çoxdur" -  Hovakimyan
  16 Dekabr 2020    Oxunub:1588
Ermənilərin tanınmış aktrisası Tatev Hovakimyan ölkəsində xeyli sayda müharibə əlilinin meydana çıxmasından narahatlığını bildirib.
Azvision.az xəbər verir ki, erməni mediası aktrisanın bu mövzuda rəhbər şəxslərə olan çağırışını dərc edib:

“Bizim həddindən çox travma alan, əl və ayaqlarını itirmiş əsgərlərimiz var ki, onların da çölə çıxanda rahat hərəkət etməsində problemlər yaşanır. Şəhərdə həmin insanların normal hərəkəti üçün maksimum işlər görülməlidir. Bu uşaqlar özlərini narahat hiss etməməlidirlər. Mən bütün şəhərlərimiz haqqında danışıram və hətta kiçik kəndlərdə belə hərəkət istiqamətlərinə əl gəzdirilməlidir. Demək olar ki, ölkənin hər bir nöqtəsində bu cür əlil arabasında olan əsgərlərimiz var".

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-əsgər   Əlil  





Xəbər lenti