Məşhur heykəl 60 ildən sonra Türkiyəyə gətirildi

Məşhur heykəl 60 ildən sonra Türkiyəyə gətirildi
  14 Dekabr 2020    Oxunub:1460
Miladdan əvvəl bolluq və məhsuldarlığın rəmzi hesab edilən “Ana Tanrıça Kybele" heykəli 60 ildən sonra Türkiyəyə gətirilib.
Azvision.az -ın məlumatına görə, 1960-70-ci illərdə qanunsuz yollarla Türkiyədən İsrailə qaçırılan tarixi əsər burada bir İsrail vətəndaşı tərəfindən satın alınıb.

Əsərin 2016-cı ildə ABŞ-a aparılması üçün hüquq- mühafizə orqanlarına müraciət olunub. Türkiyənin mədəniyyət və turizm, xarici İşlər nazirlikləri və Türkiyənin Nyu-Yorkdakı Səfirliyinin birgə işləri nəticəsində 1700 il yaşı olan heykəl ABŞ-dan Türkiyəyə qaytarılıb.

Heykəlin hazırlanmasında istifadə edilən mərmər tipinin tipoloji xüsusiyyətləri onun Anadolu mənşəli olduğunu göstərir. İstanbul Arxeoloji Muzeyində sərgilənəcək əsərin sonra Afyonkarahisar vilayətində yeni hazırlanan muzeyə aparılması planlaşdırılır.

Azvision.az


Teqlər: Heykəl  





Xəbər lenti