Bu il əsas kapitala 12,7 milyard manat yönəldilib

Bu il əsas kapitala 12,7 milyard manat yönəldilib
  11 Dekabr 2020    Oxunub:1748
Yanvar-noyabr aylarında əsas kapitala 12 milyard 716,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 8 milyard 374,4 milyon manatı və ya 65,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 185 milyon manatı (25 faizi) xidmət sahələrinə, 1 milyard 157,2 milyon manatı (9,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Azvision.az


Teqlər: Statistika   Kapital   Vəsait  





Xəbər lenti