“Paşinyan döyüşlərin 4-cü günü müharibəni uduzacağını bilirdi”

“Paşinyan döyüşlərin 4-cü günü müharibəni uduzacağını bilirdi”
  11 Dekabr 2020    Oxunub:1837
“Paşinyan, sən yalançısan, bizi görməyə gözün yoxdur və bilərəkdən 5 min ermənini ölümə göndərdin”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın “Rodina” partiyasının funksioneri Arsen Babayan deyib. Onun sözlərinə görə, hakimiyyətin tezisi budur ki, Nikol Qarabağı verməklə 20-30 min əsgəri məhv edilməkdən qorudu, müharibəni dayandırdı:
“Bu tezis deyil, təhqirdir. Ölən beş min hərbçimizin xatirəsinə ləkə atırsınız. Təkzibolunmaz dəlillərə görə, döyüşlərin 4-cü günü müharibəni uduzacağımızı bilirdin. Halbuki, bunu müharibədən xeyli əvvəl də anlamalı idin və bəlkə də dəqiq bilirdin. Sonrakı günlərdə bilərəkdən yalan danışaraq, hamımıza nifrət edərək 5000 insanımızı ölümə göndərdin. İndi bu xain və iyrənc tezisi irəli sürənlərin hamısı böyük xəyanət və küfrlərə qoşulmuş sayılırlar"

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Paşinyan   Xəyanət  





Xəbər lenti