Moskvada koronavirusdan daha 77 nəfər ölüb

Moskvada koronavirusdan daha 77 nəfər ölüb
  11 Dekabr 2020    Oxunub:899
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 77 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 9722 nəfərə çatıb.

Moskvada indiyədək 671 948 yoluxma halı qeydə alınıb, 512 969 pasiyent xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti