“Dəmiryol əlaqələrinin qurulması vacibdir” - Zaxarova

 “Dəmiryol əlaqələrinin qurulması vacibdir” -  Zaxarova
  10 Dekabr 2020    Oxunub:1819
“İqtisadi əlaqələrin bərpa olunması və yeni kommunikasiyaların qurulması uzun prosesdir. Bu prosesə çox sayda ixtisaslaşmış strukturların cəlbi zəruridir".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məsələlər Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən həll olunacaq: “Məlum olduğu kimi, konfliktdən sonra ortaya çıxacaq problemlərə reaksiya vermək üçün xüsusi mexanizmlər formalaşdırılıb. Nəqliyyat əlaqəsinin bərpası bu gün daha perspektivli istiqamət olaraq görünür.

Rusiyalı mütəxəssislər vasitəsilə Naxçıvanla sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına, həmçinin Ermənistanın sərhədyanı məntəqələrində yerləşən dəmir yolu xətlərinə ilkin baxış keçirilib”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MariyaZaxarova  





Xəbər lenti